Azərbaycanlı boksçular Dünya Kubokunda medallar qazanıb
Ajans.az Report-a istinadən xəbər verir ki, yarımfinalda rəqiblərinə uduzan təmsilçilərimiz üçüncü yerlə kifayətləniblər. Sübhan Mamedov (50 kq) Sanjar Taşkenbaya (Qazaxıstan), Məhəmmədəli Qasımzadə (60 kq) Luis Qabriel du Naskimentoya (Braziliya), Məhəmməd Abdullayev (+90 kq) isə Aybek Oralbaya (Qazaxıstan) uduzub.
Qeyd edək ki, sabah yekunlaşacaq Dünya Kubokuna 30 ölkədən 300-dək boksçu qatılıb.