Ajans.az Publika.az-a istinadən xəbər verir ki, yalnız Moskva və Sankt-Peterburqda demək olar ki, 100 reys ləğv edilib, bir neçə yüzü təxirə salınıb. Bir çox sərnişin hava limanlarında 9 saatdan çox vaxt keçirib. “Ən çətin vəziyyət Şeremetyevo hava limanında müşahidə olunur: burada 170-dən çox reys gecikib, təxminən 50-si isə ləğv olunub. Hazırda hava limanında sıxlıq yaşanır. Gələn sərnişinlər hələ yola düşməmiş sərnişinlərlə qarışırlar. Sərnişinlər yer çatışmazlığından yerə oturmaq məcburiyyətində qalıb, hətta biznes zalda da boş yer yoxdur”, - “Baza” Teleqram kanalının məlumatında bildirilib. Bundan başqa, hava limanına çatan bəzi sərnişinlər təyyarədən buraxılmayıb və bəziləri təxminən dörd saat təyyarə göyərtəsində qalıb. Pulkovo hava limanında da oxşar vəziyyət yaşanır. Burada 30-dan çox reys ləğv olunub, 100-ə yaxını təxirə salınıb. Bundan az əvvəl Sankt-Peterburqdakı hava limanında təyyarələrin qəbul və buraxılması ilə bağlı məhdudiyyətlər tətbiq olunmuşdu.