AZ

Kurban Berdıyev özünə üç nəfər yeni köməkçi gətirdi

“Turan Tovuz”un baş məşqçisi Kurban Berdıyev özünə 3 nəfər yeni köməkçi gətirib.

“İki sahil” klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, qazaxıstanlı Aleksandr Kornilov həkim, italiyalı Marko Kaser fiziki hazırlıq üzrə məşqçi, onun həmyerlisi Vinçenzo Çestaro isə atletik hazırlıq üzrə məşqçi vəzifəsinə təyin olunub.

Aleksandr Kornilov vətənində "Spartak Semey", "Altay", "Kayrat" və "Yelimay" komandalarında çalışıb. 

Fiziki hazırlıq üzrə məşqçi Marko Kaser  İtaliyada "Salernitana", "Belluno", "Novara", Maltada "Valetta" və "Birkirkara", Tunisdə "Sfaksien", Qətərdə "Əl-Qarafa", İranda "Nassaci", "Traktor" və “Fulad” komandalarında işləyib. 

Son olaraq Maltanın "Hamrun" klubunda bu vəzifəni icra edən Vinçenzo Çestaro isə daha əvvəllər Maltada "Valetta", Çexiyada "Viktoriya", İtaliyada "Çavese", "Focca",  "Avellino" və "Noçerina" kimi klublarda çalışıb. 

Hər üç mütəxəssislə 1 illik müqavilə imzalanıb.

Seçilən
11
11
ikisahil.az

10Mənbələr