AZ

ADY sədri Əfqanıstanın Baş nazir müavini ilə Bakı Limanında görüşüb (FOTO)

Bakı. Trend:

"AZCON Holding"ə daxil olan "Azərbaycan Dəmir Yolları" QSC-nin(ADY) sədri Rövşən Rüstəmov Bakı Limanında Əfqanıstanın Başnazirinin iqtisadi məsələlər üzrə müavini Əbdül Qani Bəradərləgörüş keçirib.

Trend xəbər verirki, görüş zamanı tərəflər Cənubi Asiya-Qafqaz-Avropa marşrutu üzrəyükdaşıma coğrafiyasının genişləndirilməsi və Əfqanıstanın OrtaDəhliz başda olmaqla regional multimodal nəqliyyat şəbəkələrinəinteqrasiyası məsələlərini müzakirə ediblər.

Əfqanıstan rəsmiləri Bakı Limanı vasitəsilə məhsullarınixracının sürətləndirilməsinə dəstək göstərilməsini xahiş ediblər.ADY isə əfqan mənşəli məhsulların Avropa bazarlarına çatdırılmasıistiqamətində əməkdaşlığa hazır olduğunu bildirib.

ADY
ADY
ADY
Seçilən
8
50
az.trend.az

10Mənbələr