AZ

Biləcəri qəsəbəsində yol hərəkətinin təşkili ilə bağlı monitorinq aparılıb

Paytaxtın Binəqədi rayonu Biləcəri qəsəbəsi Yahya Hüseynov və Rəşid İsmayılov küçələrinin kəsişməsində hərəkətin təşkilində dəyişiklik edilməsi məqsədilə DİN-in Baş DYP İdarəsinin, Bakı Şəhər Baş BPİ-nin DYP İdarəsinin, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin və AYNA-nın əməkdaşları tərəfindən qeyd edilən kəsişmədə monitorinq-təhlillər aparılıb.

DİN mətbuat xidmətindən Operativ Media-ya verilən məlumata görə, bununla yanaşı ərazidə yaşayan sakinlərlə profilaktiki söhbətlər aparılıb, mövcud yol infrastrukturu ilə əlaqədar izahlar verilib, onların təklif və iradları dinlənilib. 

Həyata keçirilən monitorinq-təhlillərin nəticəsinə uyğun olaraq ərazidə müvafiq tədbirlər görüləcəkdir.

Seçilən
20
50
operativmedia.az

10Mənbələr