AZ

Narkozdan komaya düşən şəxs 81 gün sonraÖLDÜ

Komaya düşən Ucar sakini 81 gün sonra vəfat edib.

Redaktor.az APA-ya istinadən xəbər verir ki, 26 yaşlı Sübhan Hüseynov müalicə aldığı xəstəxanada bu gün dünyasını dəyişib. Mərhum doğulduğu kənd qəbirstanlığında dəfn olunacaq.

Qeyd edək ki, 15 aprel 2025 - ci ildə səhhətində yaranmış problemlə əlaqədar Ucar Rayon Mərkəzi Xəstəxanasına müraciət edən rayonun Qazyan kənd sakini, 1999- cu il təvəllüdlü Sübhan İlham oğlu Hüseynova bel nahiyyəsində olan dermoid kistadan əməliyyat olunması məsləhət görülüb.

Əməliyyata hazırlanan S. Hüseynova verilən narkozdan sonra o, kamotoz vəziyyətində reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti ağır olduğundan xəstə Bakı şəhərində yerləşən xəstəxanalardan birinə hospitalizasiya olunub.

Seçilən
3
42
redaktor.az

10Mənbələr