AZ

Səhiyyə Nazirliyi: Aşura günündə 2 min 696 nəfərdən ümumilikdə 1213.2 litr qan tədarük olunub

Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda Aşura günü ilə bağlı könüllü qanvermə aksiyası yekunlaşıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən hafta.az-a verilən məlumata görə, Aşura günündə ümumilikdə 2 min 696 nəfər könüllü qan verib. Həmin şəxslərdən ümumilikdə 1213.2 litr qan tədarük olunub.

Qeyd edək ki, aksiya qana ehtiyacı olan xəstələrə yardım məqsədilə Səhiyyə Nazirliyi və Qafqaz Müsəlmanları İdarəsinin birgə təşkilatçılığı ilə keçirilib.

Builki aksiyalar ölkənin 30 şəhər və rayonu üzrə ümumilikdə 38 məntəqədə təşkil edilib. Qanvermə məntəqələrinə 23 məscid və ziyarətgahla yanaşı, 15 tibb müəssisəsi də daxil edilib.

Seçilən
4
8
hafta.az

10Mənbələr