AZ

Ermənistan XİN Ərdoğanın Zəngəzur dəhlizi ilə bağlı fikirlərinə münasibət bildirib

Ermənistan Xarici İşlər Nazirliyi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəngəzur dəhlizi ilə bağlı fikirlərinə münasibət bildirib.

Operativ Media xəbər verir ki, bu barədə Ermənistan XİN bəyanat yayıb:

 "Həm keçmişdə, həm də indi Ermənistanın regionda nəqliyyat infrastrukturunun blokdan çıxarılmasına dair baxışı fundamental prinsiplərə əsaslanır: suverenlik, kommunikasiyalar üzrə milli yurisdiksiya və məlum olduğu kimi, heç bir başqa məntiqi nəzərdə tutmur. Maraqlı tərəfdaşlarla müzakirələr davam edir".

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Zəngəzur dəhlizinin təkcə Azərbaycan üçün deyil, bütün region üçün yeni imkanlar gətirəcəyini bildirib.

Seçilən
20
50
operativmedia.az

10Mənbələr