AZ

Kista əməliyyatında komaya düşən xəstə 81 gün sonra VƏFAT ETDİ

Komaya düşən Ucar sakini 81 gün sonra dünyasını dəyişdi.

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, 1999-cu il təvəllüdlü Sübhan Hüseynov müalicə aldığı xəstəxanada bu gün dünyasını dəyişib.

Aprel ayının 15-də səhhətində yaranmış problemlə əlaqədar olaraq Ucar Rayon Mərkəzi Xəstəxanasına müraciət edən rayonun Qazyan kənd sakini, 26 yaşlı Sübhan İlham oğlu Hüseynova bel nahiyyəsində olan dermoid kistadan əməliyyat olunması məsləhət görülüb.

Əməliyyata hazırlanan Sübhan Hüseynova verilən narkozdan sonra komatoz vəziyyətində reanimasiyya şöbəsinə yerləşdirilib. Vəziyyəti ağır olduğundan xəstə Bakı şəhərində yerləşən xəstəxanalardan birinə hospitalizasiya olunmuşdu.

Bizim Media, Aran bürosu

Seçilən
6
50
bizim.media

10Mənbələr