AZ

"Mançester Yunayted" 18 yaşlı futbolçunu heyətinə qatıb

İngiltərənin "Mançester Yunayted" klubu yeni futbolçu transfer edib.

"Report" xəbər verir ki, bu barədə "qırmızı şeytanlar"ın mətbuat xidməti məlumat yayıb.

Premyer Liqa təmsilçisi Paraqvayın "Serro Parteno" komandasından 18 yaşlı sol cinah müdafiəçisi Dieqo Leonu heyətinə qatıb.

Qeyd edək ki, gənc oyunçu ötən ilin yayında əsas komandaya cəlb edilib. O, bu müddət ərzində bütün turnirlərdə 33 matçda 4 qola imza atıb.

Seçilən
7
24
report.az

10Mənbələr