AZ

Kür çayının Mingəçevir şəhərindən keçən hissəsində 2 qayıq toqquşub, 5 nəfər xəsarət alıb

Bakı, 5 iyul, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinə Kür çayının Mingəçevir şəhərindən keçən hissəsində 2 ədəd mühərrikli qayığın toqquşması barədə məlumat daxil olub.

Nazilrikdən AZƏRTAC-a bildirilib ki, məlumatla əlaqədar FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub və qayıqların vətəndaşlarla birgə sahilə çıxarılması təmin edilib.

Qəza nəticəsində su nəqliyyat vasitələrində olan 5 nəfər vətəndaş yüngül xəsarət alıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

 

Seçilən
10
16
azertag.az

10Mənbələr