İrlandiyanın “Ryanair” şirkətinə məxsus təyyarədə baş verən yanğın nəticəsində azı 18 nəfər xəsarət alıb.Bu barədə “Diario de Mallorca” nəşri məlumat yayıb.
Hadisə təxminən saat 01:00 radələrində baş verib. Təyyarə İspaniyanın Palma-de-Mayorka hava limanına eniş edərkən bortda yanğın olduğu barədə məlumat verib.
Tibb işçiləri 18 nəfərə yardım göstəriblər. Altı nəfər xəstəxanaya yerləşdirilib.
Təyyarənin modeli və yanğının səbəbləri barədə məlumat verilməyib.