AZ

Ərdoğandan Zəngəzur dəhlizi ilə bağlı MÜHÜM MESAJ

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanla münasibətlərin sadəcə dostluq deyil, qardaşlıq əsasında qurulduğunu bildirib. O, Zəngəzur dəhlizi və Cənubi Qafqazda sülh prosesi ilə bağlı mühüm mesajlar verib.

Publika.az xəbər verir ki, o, bu barədə iyulun 5-də Azərbaycana səfərindən qayıdarkən jurnalistlərə danışıb.

“Azərbaycanla aramızdakı münasibət digər ölkələrlə olan diplomatik əlaqələrdən fərqlidir. Biz "bir millət, iki dövlət" anlayışını sadəcə şüar kimi yox, tarixin sübut etdiyi bir gerçəklik kimi yaşayırıq”, – Ərdoğan vurğulayıb. Pepperoni pizza

O bildirib ki, Türkiyə Cənubi Qafqazda baş verən proseslərə kənardan baxa bilməz:

“Bu bölgədə sülh və rifah hər kəsə qazandırır. Azərbaycanla Ermənistan arasında barış üçün diplomatik çərçivə artıq tamamlanıb. 2024-cü ilin sonunda Brüssel, Moskva və Tiflisdə keçirilən görüşlər nəticəsində sülh sazişinin son mətni üzərində razılıq əldə olunub”.

Ərdoğan qeyd edib ki, əvvəllər Zəngəzur dəhlizinə qarşı çıxan Ermənistan, indi iqtisadi inteqrasiyanın bir hissəsi olmaq üçün daha çevik mövqe sərgiləyir. Onun sözlərinə görə, dəhlizin açılması yalnız Azərbaycan üçün deyil, Ermənistan, Türkiyə, İran və bütün region ölkələri üçün inkişaf fürsəti yaradacaq:

“Zəngəzur dəhlizi yalnız geosiyasi deyil, geo-iqtisadi inqilabdır. Orta Dəhliz üçün də strateji əhəmiyyət daşıyır. Bu xətlə türk məhsulları Xəzəri keçərək Orta Asiya və Çinə daha sürətli çatacaq, eyni zamanda Avropadan gələn mallar da Türkiyə üzərindən keçərək Çinə yönələcək”.

Türkiyə lideri bildirib ki, bu xət təkcə yük daşımalarını deyil, sərnişin nəqliyyatını da əhatə edəcək: “Orta Dəhlizin gücü buradan qaynaqlanacaq. Qars–İğdır–Naxçıvan dəmir yolu və Qarabağdakı tikinti layihələri də Zəngəzur dəhlizinin açılması ilə daha effektiv işləyəcək”.

O, Azərbaycan Prezidenti İlham Əliyevin bu dəhlizə xüsusi önəm verdiyini, eləcə də İraqın da bu layihəyə maraq göstərdiyini bildirib. “İğdırdan keçib Naxçıvanla birləşən bu xəttin tikintisi yük daşımalarında mühüm sıçrayış yaradacaq”, – deyə Ərdoğan bəyan edib.

Türkiyə Prezidenti sonda qeyd edib ki, Ermənistanla Azərbaycan arasında imzalanacaq sülh müqaviləsi bölgənin atmosferini dəyişəcək, illərlə blokadada və münaqişə vəziyyətində qalmış regionun potensialı aktivləşəcək.

 


Telegram kanalımız
Seçilən
13
50
yenisabah.az

10Mənbələr