AZ

Aşura Günü qanvermə aksiyasında iştirak edənlərin sayı açıqlandı - Yenilənib

Azərbaycanda Aşura Günü münasibətilə könüllü qanvermə aksiyası davam edir. 

“Qafqazinfo” xəbər verir ki, aksiya Səhiyyə Nazirliyi və Qafqaz Müsəlmanları İdarəsinin birgə təşkilatçılığı ilə qana ehtiyacı olan xəstələrə yardım məqsədilə həyata keçirilir.

İyulun 5-i səhər saatlarından etibarən paytaxt və bölgələrdə yerləşən qanvermə məntəqələrində vətəndaşlar aksiyada fəal iştirak edirlər.

Saat 10:00-a olan məlumata əsasən, ümumilikdə 362 nəfər könüllü qan verib. Bu şəxslərdən ümumilikdə 162,9 litr qan tədarük olunub.

Bu ilki aksiyalar ölkənin 30 şəhər və rayonu üzrə ümumilikdə 38 məntəqədə təşkil edilib. Qanvermə məntəqələrinə 23 məscid və ziyarətgahla yanaşı, 15 tibb müəssisəsi də daxildir.

Qanvermə aksiyaları səhər saat 08:00-dan etibarən başlayıb və gün ərzində davam edir.

***

Aşura günü ümumilikdə 2696 nəfər könüllü qan verib.

Bu barədə “Qafqazinfo”ya Səhiyyə Nazirliyindən məlumat verilib.

Bu şəxslərdən ümumilikdə 1213.2 litr qan tədarük olunub.

Seçilən
7
19
qafqazinfo.az

10Mənbələr