AZ

Türkiyə Suriyada meşə yanğınlarının söndürülməsi əməliyyatlarına qoşulub

Bakı. TRend:

Suriyanın Latakiya vilayətinin kənd ərazilərində baş verən meşəyanğınlarının söndürülməsi əməliyyatlarında iştirak etmək üçünTürkiyə ilə əməkdaşlıq barədə razılıq əldə olunub.

Trend SANAxəbər agentliyinə istinadən xəbər verir ki, bunu Suriyanınfövqəladə hallar və fəlakətlərin idarə olunması naziri Raidəs-Salih deyib.

Qeyd olunub ki, Suriyada Turkman dağının yaxınlığında yerləşənsərhəd bölgəsi olan “Yeyladagh” ərazisində Türkiyə tərəfi iləkeçirilən birgə operativ iclasda Latakiyadakı meşə yanğınlarınaqarşı birgə müdaxilə və cavab tədbirlərini koordinasiya etməkbarədə müzakirələr aparılıb. Son vaxtlar meşə yanğınları iləmübarizə aparan Türkiyə tərəfindən bu gün səhər Suriyaya ikiyanğınsöndürmə helikopteri və 11 texnika (8 yanğınsöndürmə maşınıvə 3 su təminat qoşqusu) əməliyyatlara cəlb olunub.

Bildirilir ki, fövqəladə hallar, yanğınsöndürmə və mülki müdafiəqrupları müxtəlif nazirliklərdən və əyalətlərdən olan personal iləbirgə Latakiyanın şimalında geniş əraziləri əhatə edən yanğınlarısöndürmək, onların yeni bölgələrə və kəndlərə yayılmasınınqarşısını almaq üçün çətin iqlim şəraitində işlərini davametdirirlər.

Seçilən
12
50
az.trend.az

10Mənbələr