AZ

Aşura günü ilə əlaqədar qanvermə aksiyası başa çatıb

Aşura günü ilə əlaqədar bu gün ökədə keçirilən ənənəvi qanvermə aksiyası başa çatıb.

News365.az xəbər verir ki, bu barədə QMİ-dən məlumat verilib.

Bildirilib ki, səhər saat 08:00-dan etibarən başlayan qanvermə aksiyası saat 16:00-da yekunlaşıb.

Qeyd edək ki, Səhiyyə Nazirliyinin saat 10:00-a olan məlumatına əsasən, ümumilikdə 362 nəfər könüllü qan verib, həmin şəxslərdən ümumilikdə 162,9 litr qan tədarük olunub.

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə, ölkəmizdə fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri və digər vətəndaşlar da aksiyaya qoşulublar. Aksiya Azərbaycanın 30 şəhər və rayonunda - ümumilikdə 38 məntəqədə təşkil olunub. Bu il ilk dəfə azad edilmiş torpaqlarımızda - Şuşadakı Yuxarı Gövhər Ağa məscidində və Ağdam Cümə məscidində də qanvermə aksiyaları keçirilib. Qanvermə məntəqələri arasında 23 məscid və ziyarətgah, eləcə də 15 tibb müəssisəsi olub.


Seçilən
6
12
news365.az

10Mənbələr