AZ

Salyanda Aşura günü ilə əlaqədar könüllü qanvermə aksiyası — FOTOLAR

Aşura günü ilə əlaqədar Salyan şəhər “Hacı Tağı” məscidində könüllü qanvermə aksiyası təşkil olunub.

Demokrat.az-ın xəbərinə görə, aksiya çərçivəsində həkim-hematoloqlar tərəfindən hər bir donorun sağlamlıq vəziyyəti əvvəlcədən yoxlanılıb. Hərtərəfli tibbi müayinədən sonra onlardan qan götürülüb.

Qeyd edək ki, qanvermə aksiyasında toplanan qan ehtiyacı olan insanların qanla təminatı üçün respublikada artıq ənənəvi hal alan nəcib tədbirlərin davamıdır.

Artıq ənənə halını almış bu humanist aksiyada iştirak edən rayon sakinləri yüksək vətəndaşlıq mövqeyi ilə fəallıq göstərmişlər.













Seçilən
0
11
demokrat.az

10Mənbələr