“Mançester Yunayted” heyətini yeni futbolçu ilə gücləndirib.
Futbolpress.az xəbər verir ki, “qırmızı şeytanlar” Paraqvayın “Serro Porteno” klubundan Dieqo Leonu transfer edib. Bu barədə İngiltərə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.18 yaşlı cinah oyunçusu ilə razılaşmanın detalları açıqlanmayıb.
Dieqo başa çatan mövsümdə 33 oyunda 4 qol vurub.