AZ

Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti İlham Əliyevə minnətdarlığınıBİLDİRDİ

Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Prezidenti Ərsin Tatar Şimali Kiprə göstərdiyi xüsusi diqqətə görə Azərbaycan Prezidenti İlham Əliyevə və bütün Azərbaycan xalqına minnətdarlığını bildirib.

Redaktor.az xəbər verir ki, Şimali Kiprin lideri bu barədə İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Xankəndidə keçirilən 17-ci Zirvə görüşündə iştirak etmək üçün Azərbaycana səfərinin yekunlarına dair mətbuat konfransında deyib.

“Mən Lefkoşanın türk dövlətləri ilə əlaqələrinin inkişafına, o cümlədən ədalətsiz sanksiyaların və embarqoların aradan qaldırılmasına verdiyi töhfəyə görə Azərbaycan və Türkiyəyə təşəkkür edirəm. Azərbaycanla əlaqələrin hərtərəfli inkişafı faktı bizi xüsusilə sevindirir”, - Ə.Tatar əlavə edib.

Seçilən
5
50
redaktor.az

10Mənbələr