AZ

Şəkidə avtomobil ağaca çırpıldı – Xəsarət alan var

Şəki-Kiş yolunda hərəkətdə olan avtomobil döngədə idarəetmədən çıxaraq qəza törədib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, yol-nəqliyyat hadisəsi Kiş kəndi ərazisində yerləşən Soyuqbulaq istirahət mərkəzi yaxınlığında qeydə alınıb.

Belə ki, 29 yaşlı Mustafa Qeybullayev idarə etdiyi avtomobillə hərəkətdə olarkən nəqliyyat vasitəsi idarəetmədən çıxaraq qarşıdakı ağaca çırpılıb.

Hadisə yerinə cəlb edilən Təcili Tibbi Yardım briqadasının köməyi ilə sürücü Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Müalicəsi davam etdirilir, vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.

Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

Seçilən
0
9
bizim.media

10Mənbələr