AZ

PKK ilə bağlı İLGİNC MƏLUMAT

Xalqların Bərabərlik və Demokratiya Partiyası (DEM Partiya) PKK üzvlərinin İraqın şimalında silah qoyma prosesinin media nümayəndələri tərəfindən izlənilə biləcəyini açıqlayıb.

"Cebheinfo.az" xəbər verir ki, "Terrordan uzaq Türkiyə" prosesi çərçivəsində Prezident Rəcəb Tayyib Ərdoğanın 9 iyulda DEM Partiyasının “İmralı heyəti” ilə görüşü gözlənilərkən, diqqətlər PKK-nın "simvolik silah qoyma mərasimi"nə yönəlib.

DEM Partiyası bu mərasimdə PKK üzvlərinin İraqın şimalında silah qoyma addımını jurnalistlərin izləyə biləcəyini bildirib.

PKK liderlərindən və qurucularından biri Duran Kalkan və Mustafa Karasunun rəhbərlik etdiyi 30 nəfərlik PKK qrupu Süleymaniyyədə "simvolik mərasimlə silah qoyacaq".

DEM Partiyası isə bu mərasimə jurnalistləri, vətəndaş cəmiyyəti qurumlarının nümayəndələrini və siyasi partiya təmsilçilərini dəvət etmək üçün addımlar atır.

Partiyanın verdiyi açıqlamada "Sülh və demokratik cəmiyyət prosesi çərçivəsində yeni bir mərhələyə daxil oluruq - bu, əhəmiyyətli və tarixi günlərdir" deyilir. 

Media nümayəndələrinin akreditasiya prosesində çətinlik yaşamaması üçün partiyanın bu məsələyə xüsusi diqqət göstərəcəyi də vurğulanır.

Seçilən
3
8
cebheinfo.az

10Mənbələr