AZ

"Bernli" Kayl Uokerlə müqavilə imzalayıb

35 yaşlı sağ cinah müdafiəçisi Kayl Uoker "Mançester Siti"dən "Bernli"yə keçib.

Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Ötən mövsümün ikinci yarısını icarə əsasında İtaliyanın “Milan” klubunda keçirən ingilisin “Bernli” ilə 2 illik müqavilə imzaladığı bildirilib.

“Bernli” Premyer Liqada qalarsa, Uokerin transferi bütün bonuslar daxil olmaqla kluba 5,8 milyon avroya başa gələcək. Uoker 2017-ci ildən "Mançester Siti"də çıxış edir. Bu müddət ərzində o, 319 oyun keçirib, 6 qol vurub və 23 məhsuldar ötürmə edib.

 

"Fənərbaxça"dan Maximinə cavab: "Hüquqi addımlar atacağıq"

Maximin: “Fənərbaxça"da mənə dopinq verməyə çalışdılar”

"Fənərbaxça"da seçki tarixi bəlli olub - Ali Koç açıqladı

UEFA "Barselona" və "Çelsi"ni cəzalandırıb

"Mançester Yunayted" braziliyalı qolkiperlə maraqlanır

Seçilən
19
9
apasport.az

10Mənbələr