AZ

Sərdar Cəlaloğlu: Nizami Cəfərova “şpion” deməmişəm, özündən uydurur - MÜSAHİBƏ

BAKI, 5 iyul. TELEQRAF

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu Teleqraf-a müsahibəsində akademik Nizami Cəfərovun bəzi əcnəbi sözlər üçün ayrıca lüğət yaradılması iddiasından və söz yaradıcılığına dair mövzulardan danışıb.

Onunla müsahibəni təqdim edirik:

- Müasir çağırışlar və süni intellekt qarşısında Azərbaycan dilinin söz yaradıcılığı imkanlarını necə dəyərləndirirsiniz?

- Azərbaycan dilini zəngilənləşdirmək üçün söz yaradıcılığı inkişaf etdirilməlidir. Bunun üçün üç mənbəyə müraciət etmək olar. İlk növbədə vaxtilə işlədilən amma bu gün ünsiyyətdən çıxmış sözlər olan- arxaik sözləri yenidən danışığa qaytarmaq lazımdır. Eyni zamanda qonşu türk xalqlarının dilində əgər ona uyğun söz varsa, onu danışıqda istifadə etmək mümkündür. Məsələn, iqtidar sözü dilimizə türk dilindən keçib. Bu söz artıq dilimizdə özünə yer tapıb. Özbəklərin, qazaxların dilində elə sözlər var ki, onları da ana dilimizə daxil edə bilərik. Çünki qardaş xalqlarıq, eyni kökdən gəlmişik. Həmçinin yeni dövrün çağırışlarına uyğun dilimizə keçən sözlər də var. Bu sözlərin bəzilərini əvəz etmək olmasa da, bir çoxunun qarşılığını tamaq olar. Mələsən, komputeri bilgisayar kimi tanıyırıq və digər müasir texnikaları da dilimizə uyğunlaşdıra bilərik.

- Dilimizdə daha çox işlənən əcnəbi sözlərə münasibətiniz necədir? Bu sözlər üçün hansısa işlənmə mexanizmi və ayrıca lüğətin yaradılması nə dərəcədə doğru olardı?

- Başqa bir xalqın sözləri dilimizdə çox işlənir deyə, onu lüğətə salmaq dilçilik baxımından qüsurlu olmaqla yanaşı, siyasi kontesktdən də səhv yanaşmadır. Bu sözlərdən jarqon kimi istifadə edə bilərik. Amma bu sözləri ehtiyat lüğət yaradıb, ora daxil etmək məntiqsizdir. Belə çıxır ki, biz rus, ingilis dilində olan bütün sözləri lüğət tərtib edib, ora daxil etməliyik. Yeni sözlərin və yaxud alınma sözlərin qarşılığını tapmaqla onu lüğətə salmaq mümkündür. Vaxtilə mərhum şairimiz Rəsul Rza anahtarı-açar, fortuşkanı-nəfəslik, plyajı-çimərlik sözü ilə əvəz etdi. İndi də söz yaradıcılığı ilə məşğul olanlar dilin qramatik qayda-qanunlarına görə fikri ifadə etmək üçün söz qıtlığı varsa, yeni sözlər yaratsınlar. Azərbaycan dilində söz düzəltmə ilə bağlı xüsusi qanunlar var. İsimlərə şəkilçi artırmaq və s. yollar mövcuddur. Həmin qaydada istənilən qədər yeni söz yaratmaq olar. Amma başqa xalqın sözü dilimizdə çox işlənir deyə, onu lüğətə salmaq yanlış olmaqla yanaşı, mədəni müstəmləkəçilikdir.

- Akademik Nizami Cəfərov bildirir ki, əcnəbi sözlər üçün ayrıca lüğətin yaradılması heç də dilin əsas lüğət fondunun pozulması demək deyil…

- Siz indi tez-tez akademik deyirsiniz. Onun akademik olması özünə aiddir. Sən bir dayan gör, mən dil nəzəriyyəsindən nələr danışıram. Dil nəzəriyyəsinə uyğun 5 yüz səhifəlik yeni dilçilik nəzəriyyəsi irəli sürmüşəm. Nizami Cəfərov akademikdir deyə, dediyi Quran ayəsidir? Elmdə fundamental yenilik edənlərə akademik adı verilir. Bilmirəm, Nizami Cəfərov Azərbaycan dilçiliyində hansı fundamental yenilik edib ki, ona elmlər doktoru adı veriblər? Çünki elmlər doktoru olub sonradan akademik olunur. Bu cürə yollarla gəlib, sonra da Azərbaycan dilinə zərbə vurmaq istəyirlər.

- Nizami Cəfərov iddia edir ki, siz ona “şpion” demisiniz. Sizin onunla bağlı belə düşünməyinizə tutarlı əsaslarınız varmı?

- Mən ona “şpion” deməmişəm, özündən uydurur. Demişəm ki, savadsız bir adamdır. Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin köməkliyi ilə əvvəl deputat, sonra da alim olub. İndi də tutduğu vəzifəyə layiq deyil. Verdiyi təklif də Azərbaycan dilinin sıxışdırılmasına xidmət edir. “Şpion”dursa, özü bilər. Dilimizdə “şpion” sözünün qarşılığı olaraq casus və ya müxbir sözləri var. Müxbir özü də “şpion” deməkdir, yəni, xəbər verən. Bu müxtəlif dillərdə eyni mənanı verir. Sadəcə, bizdə müxbir ancaq jurnalistə deyilir. Amma müxbir sözünün özü də casus deməkdir.

Qeyd edək ki, akademik Nizami Cəfərov bəzi əcnəbi sözlərin, o cümlədən, dilimizdə daha çox işlədilən rus sözlərinin ayrıca lüğətinin yaradılmasını təklif edib.

Seçilən
25
2
teleqraf.com

10Mənbələr