AZ

Ərdoğan: Qəzzada atəşkəs üçün ABŞ-ın rolu həlledicidir

Ərdoğan: Qəzzada atəşkəs üçün ABŞ-ın rolu həlledicidir

Qəzza zolağında mümkün 60 günlük atəşkəs kontekstində ABŞ-ın İsrailə təsiri həlledicidir.

AFN.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. O, bu barədə Azərbaycana səfərindən qayıdarkən danışıb.

"ABŞ lideri Donald Trampın təşəbbüsləri sayəsində 60 günlük müvəqqəti atəşkəs planı artıq gündəmdədir. ABŞ-ın İsrailə təsiri bu kontekstdə həlledici olacaq. Bu mərhələdə Qərb ölkələrinin, xüsusilə ABŞ-ın atəşkəsə nail olmaq üçün İsrailə təzyiqini artırması çox vacibdir. Biz də hesab edirik ki, atəşkəs İran və İsrail arasında fürsət pəncərəsi açdı" - deyə Ərdoğan qeyd edib.

O bildirib ki, HƏMAS bu məsələdə dəfələrlə xoşməramlı olduğunu nümayiş etdirib, lakin İsrailin atəşkəs rejimini pozması səbəbindən bölgədə sakitlik bərpa olunmayıb. "Biz eyni şeyin təkrarlanmaması üçün çalışırıq. Biz İsrailin tam əməl edəcəyi atəşkəs yaratmalıyıq. Bunun üçün möhkəm danışıqlar platforması yaratmalı və ən əsası təminat məsələsini həll etməliyik", - deyə Türkiyə prezidenti əlavə edib.

Seçilən
9
35
afn.az

10Mənbələr