Azərbaycan boksçusu Sübhan Mamedov Qazaxıstanın paytaxtı Astanada keçirilən Dünya Kubokunda bürünc medal qazanıb.
Offsideplus.az Azərbaycan Boks Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, təmsilçimiz finala gedən yolda qazaxıstanlı Sanjar Taşkenba ilə görüşüb.
Yarımfinalda yerli boksçuya məğlub olan S.Məmmədov avtomatik olaraq 3-cü yeri tutub.
Qeyd edək ki, 30 ölkədən 300-dək boksçunun qatıldığı Dünya kubokunda 1/4 final mərhələsinin döyüşləri davam edir.