AZ

Türkiyə Prezidenti: Azərbaycan Suriyaya təbii qaz tədarükündə yardım etməyə hazırdır

Azərbaycan Suriyaya təbii qaz tədarükündə yardım etməyə hazırdır.
Sherg.az-ın  İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərindən sonra jurnalistlərə müsahibəsində deyib.

Onun sözlərinə görə, bu barədə ona Azərbaycan Prezidenti İlham Əliyev deyib.
“Qardaşım İlham Əliyevlə keçirdiyim görüşdə, o da Suriyaya təbii qazla bağlı “hər cür dəstəyi verməyə hazıram” dedi. İlham Əliyevin belə bir yanaşma ortaya qoyması çox vacibdir. Çünki Suriyanın hazırda ən mühüm problemi təbii qazdır. Təbii qaz gələcək ki, enerji olsun. Enerji ilə bağlı problem var. Biz də müəyyən nöqtəyə qədər enerji ilə kömək etməyə çalışırıq. Amma bu gün İlham bəydən bu xoş xəbəri alanda, həqiqətən, özümü çox hüzurlu hiss etdim. Mən qayıdan kimi o şad xəbəri energetika nazirimə verəcəm. O da bu barədə Şara (Suriya lideri - red.) bəyə də məlumat verəcək. Allah qoysa, atdığımız addımları Azərbaycanın verəcək dəstəyi ilə birləşdirib bu addımı birlikdə atmaq istəyirik. Artıq sanksiyaların aradan qaldırılması üçün addımlar atılıb. Biz bunu gücləndirməklə davam etdirmək niyyətindəyik”, - deyə Ərdoğan vurğulayıb.
Seçilən
5
50
sherg.az

10Mənbələr