Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya ilə Azərbaycan arasında son vaxtlar müşahidə olunan gərginlik barədə açıqlama verib.
Publika.az xəbər verir ki, o, iyulun 5-də Azərbaycana səfərindən qayıdarkən jurnalistlərə verdiyi açıqlamada həm Rusiya, həm də Azərbaycanla dərin diplomatik və strateji əlaqələri olan Türkiyənin bu prosesi diqqətlə izlədiyini bildirib.
Ərdoğan hər iki ölkəni təmkin nümayiş etdirməyə çağırıb:
“Diplomatik gərginliyi yumuşaldacaq açıqlamaların verilməsi məsələnin daha asan və məntiqli şəkildə həllinə şərait yaradacaq. Rusiya və Azərbaycan arasında baş verən mənfi hadisələrin bir an əvvəl sona çatmasını arzulayırıq. Ən böyük istəyimiz odur ki, bu hadisələr iki ölkə arasındakı münasibətlərə bərpaolunmaz zərər vurmasın”.
Türkiyə lideri qeyd edib ki, Ankara diplomatik gərginliyi azaldacaq bəyanatlarla məsələnin daha asan və əsaslı şəkildə həll olunacağına inanır: