BAKI,TurkicWorld
Zəngəzur dəhlizi yalnız Azərbaycan üçün deyil, bütövlükdə region üçün yeni imkanlar yaradacaq.
TurkicWorld xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Azərbaycan səfərindən geri qayıdarkən təyyarədə jurnalistlərə verdiyi açıqlamada deyib.
Ərdoğan bildirib ki, Zəngəzur dəhlizinin açılması Orta Dəhliz üçün də strateji bir inkişaf olacaq.
"Dəhliz açıldıqda, Türkiyə məhsulları Xəzər dənizini keçərək Orta Asiya və Çinə daha sürətli çatacaq, Avropadan Çinə gedən yüklər isə Türkiyə üzərindən keçməyə başlayacaq.
"Orta Dəhlizin açılması cənubdan başlayaraq bizə və Azərbaycana qədər bir çox ölkəni əhatə edir. Bundan əlavə, bu yol Çinlə gələn digər xəttlə də birləşir. Bu baxımdan, çox mühüm əhəmiyyət daşıyır. Biz bu proses çərçivəsində bütün addımlarımızı ən düzgün şəkildə atırıq".
Ərdoğan, eyni zamanda, beynəlxalq yükdaşımalarda Zəngəzur dəhlizinin böyük potensiala malik olduğundan söz açıb.
"Bu xətt dəmir yolu sistemini də əhatə edir. Buna görə də yükdaşımalarda Zəngəzur xəttinin əhəmiyyəti durmadan artır və gələcəkdə də artacaq. Orta Dəhliz bütün gücünü buradan alır. Orta Dəhlizin Zəngəzur xətti ilə birləşməsi və bundan sonra yük və sərnişin daşımalarında belə bir funksiyanı yerinə yetirməsi mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Prezidenti İlham Əliyev bu məsələni olduqca önəmli hesab edir. İraq da bu layihəyə əhəmiyyət verir. İğdırdan keçərək Naxçıvanla birləşən və davam edən bir xətt olacaq. Bu xəttin inşası ilə inanıram ki, yükdaşıma sahəsində mühüm bir addım atmış olacağıq", - deyə Ərdoğan bildirib.