AZ

İlham Əliyevə minnətdaram Ersin Tatar

Unikal.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Prezidenti Ersin Tatar Şimali Kiprə göstərdiyi xüsusi diqqətə görə Azərbaycan Prezidenti İlham Əliyevə və bütün Azərbaycan xalqına minnətdarlığını bildirib.

"Unikal" xəbər verir ki, Şimali Kiprin lideri İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Xankəndidə keçirilən 17-ci Zirvə görüşündə iştirak etmək üçün Azərbaycana səfərinin yekunlarına dair mətbuat konfransı keçirib.

O deyib: “Mən Lefkoşanın türk dövlətləri ilə əlaqələrinin inkişafına, o cümlədən ədalətsiz sanksiyaların və embarqoların aradan qaldırılmasına verdiyi töhfəyə görə Azərbaycan və Türkiyəyə təşəkkür edirəm. Azərbaycanla əlaqələrin hərtərəfli inkişafı faktı bizi xüsusilə sevindirir”.

Onun sözlərinə görə, ECO-nun Xankəndidə keçirilən Zirvə görüşü dünya ictimaiyyətində ŞKTC ilə bağlı məlumatlılığı artırıb. “ECO çərçivəsində münasibətlər tarixində ilk dəfə olaraq biz belə yüksək səviyyədə təmsil olunduq, özümüzü böyük bir ailənin bir parçası kimi hiss etdik. Zirvə görüşünün keçirildiyi zalda digər dövlətlərin bayraqları ilə yanaşı ŞKTC bayrağının da asılması Lefkoşanın dialoq tərəfdaşı kimi tanınmasından xəbər verir", - deyə siyasətçi qeyd edib.

ŞKTC Baş naziri Ünal Üstel də sosial şəbəkələrdə müvafiq paylaşım edərək Azərbaycan və Türkiyəyə minnətdarlığını bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
14
20
unikal.az

10Mənbələr