Fransalı futbolçu Anj-Yoan Bonni İtaliyanın "İnter" klubuna keçib.


Rekord.az xəbər verir ki, bu barədə Milan təmsilçisinin mətbuat xidməti məlumat yayıb.


21 yaşlı hücumçu üçün "Parma"ya 23 milyon avro ödənilib. Forvadla 2030-cu ilin yayınadək nəzərdə tutulan müqavilə imzalanıb.


Bonni 2021-ci ildən İtaliya klubunda çıxış edir. O, ötən mövsüm A Seriyasında 37 matçda 6 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.