AZ

Polis tərəfindən daha 5 kiloqram narkotik vasitə aşkarlanıb

Bərdədə polis tərəfindən daha 5 kiloqram narkotik vasitə aşkarlanıb

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Orxan Qarayev saxlanılıb. Axtarış zamanı ondan 5 kiloqram marixuana aşkarlanıb. Həmin şəxsin narkotiki satış məqsədi ilə İran sakinindən əldə etdiyi müəyyən olunub.

Faktla bağlı cinayət işi başlanılıb, O.Qarayev barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Seçilən
4
27
bakivaxti.az

10Mənbələr