İspaniyanın Mayorka adasındakı Palma hava limanında Ryanair təyyarəsində yanğın baş verib.
Baş verən yanğın nəticəsində 18 nəfər xəsarət alıb. Hadisə bu gün səhər saatlarında təyyarə hələ yerində olarkən baş verib.
Yanğından sonra bəzi sərnişinlər təyyarənin qanadından tullanaraq evakuasiya olunub. Altı nəfər xəstəxanaya yerləşdirilib, digərlərinə yerində tibbi yardım göstərilib. Yaralıların vəziyyəti yüngül olaraq qiymətləndirilir.
Hadisəyə səbəb olan alovun təyyarənin içərisində kiçik ölçüdə başladığı bildirilib. Ryanair hadisə ilə bağlı hələlik açıqlama verməyib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta