AZ

Ərdoğandan Azərbaycan və Rusiya arasındakı gərginliyə - Reaksiya

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan və Rusiya arasında yaşanan gərginliyə münasbət bildirib.

“Qafqazinfo” xəbər verir ki, o, bu barədə yerli jurnalistlərə açıqlamasında deyib:

“Türkiyə həm Azərbaycan, həm də Rusiya ilə dərin diplomatik və strateji əlaqələri olan bir ölkədir. Gərginliyi yaxından izləyirik və hər iki ölkəni təmkinli olmağa çağırırıq. Diplomatik gərginliyi azaldacaq bəyanatlarla məsələnin daha asan və əsaslı şəkildə həll olunacağına inanırıq. İki ölkə arasında yaşanan neqativ hadisələrin tez bir zamanda başa çatacağına inanıram. Yaşanan xoşagəlməz hadisələrin Azərbaycan və Rusiya münasibətlərinə xələl gətirməməsi ən böyük arzumuzdur”.
.

 

Seçilən
2
50
qafqazinfo.az

10Mənbələr