Bakı. Trend:
Zəngəzur dəhlizi yalnız Azərbaycan üçün deyil, bütövlükdə regionüçün yeni imkanlar yaradacaq.
Trend xəbər verirki, bunu Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Azərbaycansəfərindən geri qayıdarkən təyyarədə jurnalistlərə verdiyiaçıqlamada deyib.
Ərdoğan bildirib ki, Zəngəzur dəhlizinin açılması Orta Dəhlizüçün də strateji bir inkişaf olacaq.
"Dəhliz açıldıqda, Türkiyə məhsulları Xəzər dənizini keçərəkOrta Asiya və Çinə daha sürətli çatacaq, Avropadan Çinə gedənyüklər isə Türkiyə üzərindən keçməyə başlayacaq.
“Orta Dəhlizin açılması cənubdan başlayaraq bizə və Azərbaycanaqədər bir çox ölkəni əhatə edir. Bundan əlavə, bu yol Çinlə gələndigər xəttlə də birləşir. Bu baxımdan, çox mühüm əhəmiyyət daşıyır.Biz bu proses çərçivəsində bütün addımlarımızı ən düzgün şəkildəatırıq”.
Ərdoğan, eyni zamanda, beynəlxalq yükdaşımalarda Zəngəzurdəhlizinin böyük potensiala malik olduğundan söz açıb.
“Bu xətt dəmir yolu sistemini də əhatə edir. Buna görə dəyükdaşımalarda Zəngəzur xəttinin əhəmiyyəti durmadan artır vəgələcəkdə də artacaq. Orta Dəhliz bütün gücünü buradan alır. OrtaDəhlizin Zəngəzur xətti ilə birləşməsi və bundan sonra yük vəsərnişin daşımalarında belə bir funksiyanı yerinə yetirməsi mühüməhəmiyyət kəsb edir. Azərbaycan Prezidenti İlham Əliyev bu məsələniolduqca önəmli hesab edir. İraq da bu layihəyə əhəmiyyət verir.İğdırdan keçərək Naxçıvanla birləşən və davam edən bir xətt olacaq.Bu xəttin inşası ilə inanıram ki, yükdaşıma sahəsində mühüm biraddım atmış olacağıq”, - deyə Ərdoğan bildirib.