AZ

Axtarış aparıldı – 5 kilo narkotik aşkarlandı

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Orxan Qarayev saxlanılıb.

DİN-in mətbuat xidmətindən KONKRET.az-a verilən məlumata görə, axtarış zamanı ondan 5 kiloqram marixuana aşkarlanıb.

Həmin şəxsin narkotiki satış məqsədilə İran sakinindən əldə etdiyi müəyyən olunub.

Faktla bağlı cinayət işi başlanılıb, O.Qarayev barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Seçilən
4
27
konkret.az

10Mənbələr