AZ

Masonlar da bu şəhərdə Zəngəzur dəhlizinin açılmasını müzakirə etdi?…

Azərbaycan platformalarında guya Ermənistan Baş naziri Nikol Paşinyanın İstanbul səfərinin əsas məqsədinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Zəngəzur dəhlizinin açılması ilə bağlı yekun razılığa gəlmək olması haqda müzakirələr davam edir.
 
Moderator.az xəbər verir ki, bunu "Hraparak" qəzeti yazıb.
 
İranlı beynəlxalq şərhçi və Qafqaz üzrə ekspert Ehsan Mohavedian, özünün "X" platformasında iyunun 27-28-də Bakıda Dünya Masonlarının Böyük Lojasının toplantısının keçirildiyini bildirib.
 
"Bu görüşün əsas məqsədi məlum olmasa da, aydındır ki, İsrailin İrana son hücumları və Bakının son anti-Rusiya ritorikası nəzərə alınaraq Zəngəzur dəhlizinin yaradılması planları müzakirə edilib. Bu tədbirdə NATO-nun Cənubi Qafqaz və Mərkəzi Asiyada genişlənməsi məsələlərinə də toxunulub", - iranlı ekspert qeyd edib.
 
Erməni jurnalist Tatul Akopyan Ermənistan hakimiyyətinin Zəngəzur dəhlizinə və BƏƏ-də gözlənilən görüşə qarşı çıxmamasını vurğulayıb. O bildirib: “İrəvan prinsip etibarilə Araz çayı boyunca kommunikasiyaların Amerika-Erməni təşkilatına verilməsinin əleyhinə deyil. Bakı hələ yekun qərar qəbul etməyib, lakin İlham Əliyevlə Nikol Paşinyan arasında ikitərəfli görüşün planlaşdırıldığı məlumdur. Bu görüş iyulun 10-da Abu-Dabidə keçiriləcək və böyük əhəmiyyət kəsb edəcək”.
 

 

Seçilən
31
31
moderator.az

10Mənbələr