“AzerGold” QSC fəaliyyət göstərdiyi 9 il ərzində qiymətli metalların daxili və xarici bazarlarda satışından ümumilikdə 1 milyard 690 milyon manatdan çox gəlir əldə edib.
AFN.az xəbər verir ki, bu haqda QSC-nin Mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, gələn gəlirin 1 milyard 592 milyon manata qədəri ixrac əməliyyatları, 98 milyon manatdan çox hissəsi yerli bazarda topdan və pərakəndə satış hesabına formalaşıb.