AZ

Zaqatalada minik avtomobilləri toquşub, xəsarət alanlar var

Zaqatalada minik avtomobilləri toquşub, xəsarət alanlar var.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə Zaqatala- Muğanlı avtomobil yolunun Aşağı Tala kəndi ərazisindən keçən hissəsində baş verib.

İlkin məlumata görə, iki avtomobil toqquşub. Qəza zamanı üç nəfər xəsarət alıb.

Yaralılar Zaqatala RMX-nın Cərrahiyyə korpusuna yerləşdiriliblər.

Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.

Seçilən
3
8
apa.az

10Mənbələr