Missiya.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Hazırda Moskvanın Şeremetyevo hava limanından uçuşlar müvəqqəti olaraq dayandırılıb, hava limanı yalnız təyyarələri qəbul etmək üçün işləyir.
Missiya.Az xəbər verir ki, bu barədə TASS "Rosaviasiya"ya istinadən məlumat yayıb.
"Bundan əlavə, Moskvanın bəzi ərazilərində hava məkanından istifadəyə məhdudiyyətlər tətbiq edilib ki, bu da qrafikdə düzəlişlərə səbəb ola bilər. Aviaşirkətlər uçuşların tənzimlənməsi ilə bağlı qərarları öz istehsal proqramlarına uyğun olaraq qəbul edirlər. Agentlik Hava Hərəkətinin İdarə Edilməsi üzrə Dövlət Korporasiyası ilə birlikdə Moskva vilayətində hava limanları və daşıyıcıların fəaliyyətinə nəzarəti gücləndirib", - deyə məlumatda qeyd olunur.
Elcan
Missiya.Az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.