AZ

Hakimə rüşvət verməyə çalışan ukraynalı futbol məşqçisi 3 illik cəza alıb

Ukraynalı məşqçi Andrey Zaporozhan 3 illik diskvalifikasiya edilib.

"Report" xəbər verir ki, bu barədə Ukrayna Futbol Assosiasiyasının (UAF) mətbuat xidməti məlumat yayıb.

42 yaşlı mütəxəssis UAF-ın Etika və Feyr Pley Kodeksinə uyğun gəlməyən hərəkət etdiyi üçün cəzalanıb. O, üç il ərzində futbolla bağlı hər hansı fəaliyyətlə məşğul ola bilməyəcək.

"Leviy Bereq"in sabiq baş məşqçisi Premyer Liqanın XIV turunda "Rux"a uduzduqları (0:1) matçdan əvvəl hakimə rüşvət verməyə çalışıb.

Qeyd edək ki, "Leviy Bereq" ötən mövsümün yekunlarına əsasən aşağı liqaya düşüb. Komanda iyunun əvvəlində Andrey Zaporozhanla yollarını ayırıb.

Seçilən
3
50
report.az

10Mənbələr