AZ

Bakı 11 il əvvəl etdi, növbə Ankaradadır? Moskvadan gözlənilən ETİRAF KONKRET

Konkret.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Rusiya ilə Azərbaycan arasında münasibətlərin gərginləşdiyi bir vaxtda, regional və qlobal güclərin prosesə mümkün müdaxiləsi aktuallaşır.

2014-cü ildə Rusiya və Türkiyə arasında meydana gələn böhranının aradan qaldırılmasında Azərbaycan Prezidenti İlham Əliyevlə Qazaxıstanın sabiq lideri Nursultan Nazarbayevin vasitəçilik missiyası mühüm rol oynamışdı. Hazırda isə oxşar diplomatik təşəbbüslərin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğandan gəlib-gəlməyəcəyi sual doğurur. Rəsmi Ankara hələlik prosesə açıq müdaxilə etməyib, lakin arxa planda diplomatik təşəbbüslərin mümkünlüyü də istisna olunmur.

Digər tərəfdən, həm Azərbaycan, həm də Rusiya ilə strateji tərəfdaşlıq münasibətləri olan Çin Xalq Respublikasının da regional sabitliyin qorunmasında fəal rol ala biləcəyi ehtimallar sırasındadır.

KONKRET.az xəbər verir ki, globalinfo.az-danışan politoloq Zaur Məmmədov bildirib ki, 2014-cü ildə Rusiya–Türkiyə böhranının aradan qaldırılmasında Azərbaycan vasitəçi rol oynamışdı, çünki o dövrdə Türkiyə və Rusiya liderləri arasında münasibətlər indikindən fərqli səviyyədə idi:

“Bakı təkcə Ankara-Moskva deyil, eyni zamanda Ankara-Təl-Əviv münasibətlərində də vasitəçi rolunda çıxış edib. Azərbaycan və Rusiya liderləri bir-birini yaxşı tanıyır. Buna görə də əlavə vasitəçilərə ehtiyac yoxdur. Düzdür, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Belarus Prezidenti Aleksandr Lukaşenko və digər postsovet ölkələrinin liderləri müəyyən rol oynaya bilərlər. Lakin problemin kökündən həlli və Rusiyanın buraxdığı səhvlərin təkrarlanmaması üçün əsas məsələ Moskvanın real vəziyyəti başa düşməsi və səhvlərini etiraf etməsidir. Söhbət hələ Yekaterinburqdakı hadisələrdən və AZAL təyyarəsinin vurulması məsələsindən gedir.

Azərbaycan tərəfi baş verənləri yaxşı bilir. Ona görə də hər hansı hadisəyə saxta “don geydirmək” düzgün hal deyil. Bakı ilə Moskva arasında kommunikasiya kanalları kifayət qədər genişdir. Rusiya hökuməti daxilində bu ölkədə yaşayan azərbaycanlılarla bağlı kifayət qədər əlaqə imkanları mövcuddur. Bu məsələ birbaşa ali səviyyədə öz həllini tapa bilər.

Hər halda rəsmi Bakı bir daha sübut etdi ki, qarşısında kim olursa olsun, cavab verə bilər. Doğrudur, Azərbaycan coğrafi baxımdan kiçik ölkədir, amma bu o demək deyil ki, kim isə bizə yuxarıdan aşağı baxa bilər.

Azərbaycan qlobal proseslərə təsir edə və töhfə verə biləcək bir ölkədir. Hesab edirəm ki, son illərdə bunu çox yaxşı sübut edə bilmişik”.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
21
50
konkret.az

10Mənbələr