AZ

Allahşükür Paşazadə qanvermə aksiyasında iştirak etdi

Aşura günü ilə əlaqədar Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə "Təzəpir" məscidində keçirilən qanvermə aksiyasında iştirak edib.

Publika.az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, ölkəmizdə fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri və digər vətəndaşlar aksiyaya qoşulublar.

Qeyd edək ki, aksiya Azərbaycanın 30 şəhər və rayonunda - ümumilikdə 38 məntəqədə təşkil olunur. Bu il ilk dəfə azad edilmiş torpaqlarımızda - Şuşadakı Yuxarı Gövhər Ağa məscidində və Ağdam Cümə məscidində də qanvermə aksiyasıları keçirilir.

Seçilən
1
12
publika.az

10Mənbələr