Türkiyədə Cümhuriyyət Xalq Partiyası (CHP) bələdiyyələri ilə bağlı korrupsiyaya dair aparılan araşdırma davam etdirilir.
İstanbulda aparılan istintaq çərçivəsində Adana Böyükşəhər Bələdiyyə Başçısı Zeydan Karalar və Adıyaman Bələdiyyə Başçısı Abdurrahman Tutdere saxlanılıb. Bu gün səhər saatlarında Antalya Böyükşəhər Bələdiyyə Başçısı Muhittin Böcek də saxlanılıb.
Böceklə bağlı araşdırmaların Antalyada aparıldığı öyrənilib.
Qeyd edək ki, bundan əvvəl İzmir Böyükşəhər Bələdiyyəsinin keçmiş sədri Tunç Soyer həbs edilib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta