Xəbər verdiyimiz kimi, Dənizkənarı Milli Park ərazisində 1 nəfər dənizdə batma təhlükəsi ilə üzləşib.
Bizim.Media xəbər verir ki, Fövqəladə Hallar Nazirliyi də hadisə ilə bağlı məlumat yayıb.
MÖVZU İLƏ BAĞLI:
Bakıda polis özünü dənizə ataraq qadını xilas etdi – ANBAAN VİDEO
Qeyd edilib ki, nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonunda yerləşən Dənizkənarı Milli Park ərazisində 1 nəfərin dənizdə batma təhlükəsində olması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Bakı-bulvarı” dalğıc-axtarış qrupu cəlb edilib.
Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində dənizdə batma təhlükəsində olan 2000-ci il təvəllüdlü Ş.Ağazadə dalğıclar tərəfindən xilas edilərək aidiyyəti üzrə təhvil verilib.
Qeyd edək ki, qadını xilas etmək məqsədilə polis əməkdaşı da özünü dənizə atıb.
Bizim.Media