AZ

Türkiyədə üç bələdiyyə başçısı SAXLANILDI

Türkiyə hüquq-mühafizə orqanları Adananın, Antalyanın və Adıyamanın bələdiyyə başçısını saxlayıblar.

Avtosfer.az bu barədə Türkiyə KİV-ə istinadən xəbər verir.

Qeyd olunur ki, saxlanılanlar Adana Böyükşəhər Bələdiyyə Başçısı Zeydan Karalar, Antalya Böyükşəhər Bələdiyyə Başçısı Muhittin Böcek və Adıyaman Bələdiyyə Başçısı Abdurrahman Tutderedir.

Saxlanılan bələdiyyə başçılarının hər üçü Cümhuriyyət Xalq Partiyasının (CHP) üzvləridir. Onlarla bərabər daha 12 nəfər bələdiyyə işçisinin saxlanıldığı bildirilir.

İstanbul Baş Prokurorluğundan verilən açıqlamada bələdiyyə başçılarının səlahiyyətlərindən sui-istifadə edərək qanunsuz maliyyə mexanizmlərində iştirak etdikləri qeyd olunur.

Seçilən
12
25
avtosfer.az

10Mənbələr