"Neftçi"nin baş məşqçisi Samir Abasov yeni transfer Luis Ortiskə bağlı fikirlərini bölüşüb.

Rekord.az xəbər verir ki, "Neftçi" TV-ə açıqlamasında o, bunları deyib: "Ortisi rotasiya futbolçusu kimi götürmüşük, icarə qaydasında gəlib. Gələcəkdə burada qalması özünü nə dərəcədə göstərməsindən, bizə nə dərəcədə fayda verməsindən asılı olacaq. Paraqvayda oynadığı klubda bir neçə mövqeydə çıxış edib. Həm sol, həm də sağ cinah yarımmüdafiəçisi kimi oynayıb. Eyni zamanda beşli müdafiənin solunda da oynayaraq hücumlara dəstək verib. Düşünürəm ki, bir futbolçu bir neçə mövqeydə oynamağı bacarırsa, bizə də köməyi dəyəcək".