AZ

TÜRKİYƏDƏ 3 TANINMIŞ BƏLƏDİYYƏ SƏDRİ SAXLANILDI – Daha biri rüşvət alarkən yaxalandı + VİDEO

Son dəqiqə məlumatına görə, CHP-li Adana Böyükşəhər Bələdiyyə Başqanı Zeydan Karalar, Adıyaman Bələdiyyə Başqanı Abdurrahman Tutdere və Antalya Böyükşəhər Bələdiyyə Başqanı Muhittin Böcek barəsində həbs qərarı verilib və onlar saxlanılıb.

Ulusal.az  xəbər verir ki, hər üç bələdiyyə sədri rüşvət almaqda ittiham edilir.

Qeyd edək ki, İstanbul Cumhuriyyət Baş Prokurorluğu tərəfindən İstanbul Böyükşəhər Bələdiyyəsi və bəzi ilçe bələdiyyələrində aparılan korrupsiya istintaqı daha da dərinləşir. Üç fərqli istintaq çərçivəsində keçirilən əməliyyat nəticəsində 15 nəfər haqqında həbs qərarı çıxarılıb. Bunlara aşağıdakılar daxildir:

-Adıyaman Bələdiyyə Başçısı Abdurrahman Tutdere

-Böyükçəkmece Bələdiyyə Başqan Vəkili Ahmet Şahin

-Təqsirləndirilənlərə təzyiq göstərərək istintaqa mane olmağa çalışan vəkil Onur Büyükhatipoğlu

-Tutulmuş sabiq Beşiktaş Bələdiyyə Başçısı Rıza Akpolatın əldə etdiyi qazancdan daşınmaz əmlak və nəqliyyat vasitəsi alan 4 şəxs

-Keçmiş Böyükçəkmece Bələdiyyə Başçısı Hasan Akgün-ə bağlı firmalara verilən villalarla əlaqəli 4 şübhəli

Etirafçılar yeni adlar verib, vəkil onları təhdid edib 

İlk olaraq İBB Başqanı Ekrem İmamoğlunun da adı keçən istintaqda, “etkin peşmanlıq”dan (cinayətin könüllü etirafı -red.) faydalanan şübhəlilər ifadələrində Fatih Keleşin təzyiq və təhdidlərindən bəhs ediblər. 

 

Onun göstərişi ilə müəyyən şəxslərə məcburi olaraq rüşvət verildiyi iddia olunur. Bu kontekstdə Böyükçəkmece Bələdiyyə Başqan Vəkili Ahmet Şahin və sürücüsü haqqında “irtikap” (vəzifə səlahiyyətindən istifadə edərək rüşvət alma) maddəsi ilə həbs qərarı verilib.

İstintaq zamanı məlum olub ki, vəkil Onur Büyükhatipoğlu əməliyyatlardan əvvəl təşkilat rəhbərləri ilə görüşlər keçirərək, sonradan isə həbsxana ziyarətləri zamanı digər şübhəlilərə təzyiq göstərərək, onları təhdid edərək istintaqla əməkdaşlıq etmələrinin qarşısını almağa çalışıb. Bu səbəbdən ona qarşı da “cinayət təşkilatına üzv olmaq” ittihamı ilə həbs qərarı verilib.

Adana, Antalya və Adıyaman bələdiyyələrndə rüşvət iddiası

Beşiktaşın sabiq başçısı Rıza Akpolatın da adının keçdiyi istintaqda kilid fiqur olan Aziz İhsan Aktaşın ifadələri nəticəsində yeni faktlar üzə çıxıb. İfadələrdə Zeydan Karaların Seyhan Bələdiyyə Başçısı olduğu dövrdə rüşvət mexanizminin mərkəzində olduğu, bələdiyyə ilə iş görən şirkətlərdən qanunsuz şəkildə pul tələb etdiyi, bu pulların Seyhan Bələdiyyəsinin keçmiş Təmizlik İşləri Müdiri Özcan Zengerə verildiyi iddia olunur.

 

Adana Əmniyyət Müdirliyinin Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətlər Şöbəsi əməkdaşları Zeydan Karaların Adananın Çukurova ilçəsində, Karslılar məhəlləsində yerləşən villasına əməliyyat keçirib. Əməliyyat zamanı Karalar villada olmayıb, həyat yoldaşı isə orada olub. KOM əməkdaşları villada axtarış aparıb, müəyyən sənədlər götürülüb.

Antalya Cumhuriyyət Baş Prokurorluğunun istintaq materiallarına əsasən, Antalya Böyükşəhər Bələdiyyə Başqanı Muhittin Böcek də daxil olmaqla üç nəfərə qarşı rüşvət ittihamı ilə istintaq aparılır. Bu çərçivədə Böcek barəsində axtarış, əmlaka həbs və nəhayət həbs qərarı verilib.

Adıyaman Bələdiyyə Başqanı Abdurrahman Tutderenin də eyni şəkildə, işbirliyi etdiyi şirkətlərin rəhbərlərindən maddi vəsait tələb etdiyi və bu pulların Bələdiyyə Başqan Müavini Ceyhan Kayhana verildiyi iddiaları araşdırılır.

 

İcazələr müqabilində villalar tələb edib 

Həbs olunmuş keçmiş Böyükçəkmece Bələdiyyə Başçısı Hasan Akgün barəsində aparılan istintaqda məlum olub ki, o, inşaat firmalarından icazələr müqabilində villalar tələb edib və bu villaların bir hissəsini yaxınları adına rəsmiləşdirib. Bu məsələ ilə bağlı 4 firma sahibi və daşınmazı üzərinə keçirmiş şəxslər barəsində “rüşvət almaq” və “rüşvət vermək” ittihamı ilə həbs qərarı çıxarılıb.

 

Manavgat Bələdiyyəsində rüşvət əməliyyatı 

Antalyanın Manavgat rayonunda bələdiyyəyə qarşı keçirilən əməliyyat nəticəsində, CHP-li Manavgat Bələdiyyə Başqanı Niyazi Nefi Kara da daxil olmaqla çox sayda şəxs barəsində həbs qərarı çıxarılıb. Əməliyyat Manavgat Cumhuriyyət Baş Prokurorluğunun rəhbərliyi ilə həyata keçirilib.

Prokurorluq tərəfindən təxminən 4 ay boyunca aparılan texniki və fiziki müşahidələr nəticəsində rüşvət, qeyri-qanuni gəlir əldə etmə və korrupsiya şübhələri ilə Manavgat Bələdiyyəsinə və ona bağlı strukturlara Qaçaqçılıq və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsinin əməkdaşları tərəfindən əməliyyat təşkil olunub. Bələdiyyə binasında axtarışlar aparılıb.

İstintaq materiallarına əsasən, otel təmirinə, tikinti işlərinə və yaşayış üçün icazə almaq istəyən müraciətçilərdən bələdiyyə başçısının yeznəsi Hüseyin Cem Gül vasitəsilə rüşvət tələb edildiyi, rüşvət alınmadan heç bir icazənin verilmədiyi müəyyən edilib. Eyni zamanda, Manavgat Bələdiyyəsi, onun tabeliyindəki qurumlar və Manavgat Bələdiyyə İdman Klubuna qurama şirkətlər vasitəsilə saxta fakturalar tərtib olunaraq milyonlarla lirə həcmində qanunsuz gəlir əldə olunub.

Paxlava qutusunda rüşvət 

İstintaqın gedişində məlum olub ki, bu sistem vasitəsilə şübhəlilər ümumilikdə təxminən 800 milyon TL məbləğində vəsaiti mənimsəyiblər. Ən diqqətçəkən məqam isə Bələdiyyə Başqan Müavini Mehmet Engin Tüterin paklava qutusu içərisində 110 min avro rüşvəti C.C. adlı şəxs vasitəsilə alarkən cinayət başında yaxalanması olub.

Həmin əməliyyat kamera ilə qeydə alınıb. Polis Tüterin bələdiyyədəki otağına daxil olaraq rəsmi gözaltı prosedurunu həyata keçirib və onun masasındakı çantanın açılmasını tələb edib. Tüter isə həmin çantada dostunun gətirdiyi viski və baklava olduğunu deyib. Lakin baklava qutusu açıldıqda içərisindən 110.000 avro çıxıb.

Bu hadisə, Manavgat Bələdiyyəsində rüşvət və korrupsiyanın sistematik xarakter aldığını bir daha üzə çıxarıb. Hazırda istintaq davam edir.

Seçilən
12
49
moderator.az

10Mənbələr