AZ

Türkiyədə iki iri şəhərin meri saxlanılıb

Bakı. Trend:

Türkiyədə polisin keçirdiyi əməliyyatda Adana və Adıyamanşəhərlərin bələdiyyə sədrləri (merləri) Zeydan Karalar vəƏbdürrəhman Tutdərə saxlanılıblar.

Trend bu barədəTürkiyə KİV-ə istinadən xəbər verir.

CHP üzvləri olan merlərin saxlanılması İstanbul başprokurorluğunun yerli bələdiyyə orqanlarında korrupsiya halları(tenderlərin təşkilində rüşvət və s.) ilə bağlı bir beçə işəsasında aparılan istintaq çərçivəsində həyata keçirilib.

Saxlanmalardan sonra Adana və Adıyaman bələdiyyələrininbinalarında polis tərəfindən axtarış aparılıb. Polis əməkdaşlarıbinaların qarşısında və ətrafında geniş təhlükəsizlik tədbirlərihəyata keçirib.

İstanbul Baş Prokurorluğu tərəfindən verilən açıqlamaya görə,Adana Böyükşəhər Bələdiyyə Başçısı Zeydan Karaların SeyhanBələdiyyə Başçılığı dövründə bələdiyyə ilə iş görən şirkətlərdənrüşvət tələb etdiyi və şəxsləri həmin dövrün Təmizlik İşləri MüdiriÖzcan Zengerə yönləndirdiyi iddiaları əsasında, Karalar və Zengerbarəsində “rüşvət alma” (irtikap) maddəsi ilə həbs qərarıçıxarılıb.

Oxşar şəkildə, Adıyaman Bələdiyyə Başçısı Əbdürrəhman Tutdərənində bələdiyyə ilə işləyən şirkətlərdən rüşvət tələb etdiyi vəşəxsləri Bələdiyyə Başqanının müavini Ceyhan Kayhana yönləndirdiyiiddiaları nəticəsində, Tutdere və Kayhan barəsində də həbs qərarıçıxarılıb.

Məqalədə:
Seçilən
3
17
az.trend.az

10Mənbələr