AZ

Qardabani Təhsil və İnteqrasiya Mərkəzində tədris ilinə yekun vurulub

ain.az, Xalq qazeti saytına istinadən bildirir.

Qardabani Təhsil və İnteqrasiya Mərkəzinin təşkilatçılığı ilə 2024–2025-ci tədris ilinin yekunu ilə bağlı tədbiri keçirilib. Tədbir Qardabani Mədəniyyət Evində baş tutub. Məlumatı Diasporla İş üzrə Dövlət Komitəsi verib. 

Ötən dərs ili ərzində mərkəzdə həyata keçirilən tədris və maarifləndirici fəaliyyət, şagirdlərin əldə etdiyi uğurlar ictimaiyyətə təqdim edilib, müəllim-şagird əməkdaşlığının müsbət nəticələri diqqətə çatdırılıb.

Tədbirdə mərkəzin pedaqoji heyəti, şagirdlər, valideynlər, yerli özünüidarəetmə orqanlarının nümayəndələri və digər qonaqlar iştirak ediblər.

Qardabani Təhsil və İnteqrasiya Mərkəzinin direktoru Çiçək Hüseynova mərkəzin ötən müddətdəki fəaliyyəti haqqında ətraflı məlumat verib. Hesabat dövründə mərkəzdə 350-dən çox şagirdin təhsil aldığını və onlardan 160-nın xüsusilə fərqləndiyini deyib.

Həmin 160 şagirdə tədris ilində fəal iştiraklarına və əldə etdikləri nailiyyətlərə görə sertifikatlar təqdim olunub.

P.ƏMİRCANOVXQ

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
14
50
xalqqazeti.az

10Mənbələr