Sabirabadda çayda boğulan gəncin meyiti tapılıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Kür çayında çimərkən boğulan kənd sakini 2006-cı il təvəllüdlü Məmiyev Eldəniz Sabir oğlunun meyiti sudan çıxarılaraq aidiyyati üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
***
Kür çayının Sabirabad rayonu, Ulacalı kəndindən keçən hissəsində 1 nəfər batıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub.
Məlumatla əlaqədar nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.